YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyə seçkiləri YAP-a inamın növbəti ifadəsi olacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə, Xocəsən, Biləcəri, Binəqədi və Binəqədi bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, bələdiyyələrin təsis edilməsi, formalaşdırılması və inkişafı cəmiyyətin inkişafına töhfə verən ən mühüm amillərdən biridir. Yerli özünüidarəetmə orqanlarının əhali ilə sıx təması və qarşılıqlı uğurlu fəaliyyəti təqdirəlayiqdir. Daha sonra o qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib: “Bu gün də uğurlarımız ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam edir”.

Bələdiyyə üzvlüyünə namizədlər Hümbət Hüseynov, Günel Abdullazadə, Ayla İbrahimova, Həcər Mirzəyeva, İsa Bayramov, Nigar Məmmədova, Abbas Rəhimov, Şakir Niftiyev, Mafəddin Hümmətov, Mobil Süleymanov, Ehtibar Cabbarov, Samirə Həsənova, İlham Qayıbzadə, Osman Qasımov, Məzahir Lətifov, Səfər Kərimov, Rahim Ələkbərov, Mehriban Qasımova, Toğrul Babayev, Məhbubə Raziyeva və Nərmin Allahverdiyeva Namiq Səfərov, Tahir Məlikov, Rəşad İsayev yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək, bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər çıxışlarında YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar. Onlar bildiriblər ki, bu, əslində bizim YAP Sədri İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamımızın ifadəsidir.