YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Növbəti möhtəşəm qələbə naminə!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Tüləkəran, Qəçrəş, Qonaqkənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Bələdiyyə üzvlüyünə namizədlər Rauf Hüseynov, Arif Dadaşov, Toğrul Kərimov, Firuz Əhmədov və digərləri çıxış edərək bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs ediblər.

Namizədlər çıxışlarında seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Alpan bələdiyyəsi üzrə YAP-ın namizədləri Vətən müharibəsinin şəhidi Aqil Məlikovun ailəsini ziyarət ediblər.