YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Dünənin, bu günün və gələcəyin partiyası yeni qələbə əzmindədir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Köhnə Xaçmaz və Nərəcan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Xaçmaz rayon təşkilatının məsəhətçisi Fazil Rəhmətov qeyd edib ki, partiyamız bütün sınaqlardan şərəflə çıxaraq cəmiyyətin avanqard ictimai-siyasi qüvvəsinə çevrilib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamız bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Xalqın YAP-a inamı, güvəni sonsuzdur”.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Vüqar Cəbrayılov, Xalid Əsədov, Anar Hacıyev, Eyyub Abdurahmanov çıxış edərək yeni formalaşacaq bələdiyyədə təmsil olunmaq hüququ qazanacaqları təqdirdə bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.

Seçicilər YAP-ın fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Bundan əlavə, bələdiyyə üzvlüyünə namizədlərlə Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc,  Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri ərazisində seçicilərlə məhəllə görüşləri keçirilib.