Seçki xəbərləri
YAP bu seçkilərdə də qalib olacaq!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağstafa rayonu, Sadıqlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşdə təşviqat qrupunun üzvləri Tağı İmamverdiyev, Fərhad Hacıyev, bələdiyyə üzvlüyünə namizədlər Nizami İsgəndərov, Sevinc Hacıyeva və Aynur Abbasova Azərbaycan dövləti tərəfindən bələdiyyələrin inkişafı istiqamətində atılmış addımlardan və qəbul edilmiş qanunlardan bəhs ediblər. Bildiriblər ki, son illərdə bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə töhfələr veriblər.
Görüşdə çıxış edən seçicilər Rövşən Bayramov, Rəsmiyyə Mustafayeva və Rəqsanə Hacıyeva YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində bu partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Ağstafa rayonu, Qarahəsənli, Aşağı Kəsəmən, Həsənsu, Xətai, Dağ Kəsəmən və Qırılı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri də təşkil olunub.