YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 22 801
BİZƏ YAZIN

Seçki xəbərləri

Böyük qələbə əzmi ilə irəli

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Tapqaraqoyunlu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Tapqaraqoyunlu, Qarqucaq, Hacallı və Şəfibəyli kəndlərindən olan seçiciləri ilə görüşləri keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev bələdiyyə seçkilərinin əhəmiyyətindən, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib.

Təşviqat qrupunun üzvləri, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova və  Dərgah Abbasov ölkəmizdə son illər bələdiyyələrə göstərilən dövlət dəstəyindən danışıblar.

Bələdiyyə üzvlüyünə namizəd Səfurə Qarayeva bildirib ki,  Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə xalqın iradəsi ilə qalib gəlib. O,  qeyd edib ki, bələdiyyə seçkilərində qalib olduğu təqdirdə fəaliyyətini məhz yeni dövrün tələblərinə uyğun olaraq vətəndaşların maraqları naminə quracaq.

Görüşdən sonra YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakinləri ilə,  daha sonra Aşağı Ağcakənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Aşağı Ağcakənd qəsəbə, Rus Borisi, Mənəş və Todan kənd sakinləri ilə fərdi görüşlər keçiriblər.