Seçki xəbərləri
YAP inkişaf partiyasıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu, Ərəbcəbirli və Göyçay bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək xalqa layiqli xidmət nümunəsi yaratdığını bildirib. Təşkilat sədri qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir.
Bələdiyyə üzvlüyünə namizədlər Gözəl Abdullayeva, Röyal Hacıyev, Firəngiz Məmmədyarova, Əsgər Əsgərov, Eldəniz Məmmədov çıxış edərək son illərdə Azərbaycanın qazandığı uğurlardan bəhs edib, bu uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi rolu olduğunu bildiriblər.
Seçicilər Nərmin Abuşova, Faiq İbrahimov və Haqverdi İsmayılov çıxış edərək seçkilərdə hamılıqla fəallıq göstərəcəklərini, YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.