2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında prezident seçkiləri keçirilmişdir.
Seçki marafonunda 7 namizəd iştirak etmişdir.
Yeni Azərbaycan Partiyasının (YAP) bu seçkilərdə namizədi partiyanın Sədri cənab İlham Əliyev olmuşdur.
Seçkilərə “Qalib xalqın Qalib Lideri” şüarı ilə qatılan YAP təşviqat kampaniyasını müvəfəqqiyyətlə reallaşdırmış, seçicilərlə çoxsaylı görüşlər keçirmişdir.
Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 76.43 faizi iştirak etmişdir.
Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 92,12 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqı bu dəfə də doğru və müdrik seçim edərək Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalmış, ölkəmizi regionun liderinə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa, qalib və qüdrətli dövlətə çevirən cənab İlham Əliyevə etimad göstərmişdir. Zəfər seçkisi bir daha təsdiqləmişdir ki, Azərbaycan xalqı yeni dövrdə də qarşıda duran məqsədləri məhz İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq əzmindədir.