YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

18 mart 2009-cu il - Referendum

Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən demokratikləşmə strategiyasında əsas aparıcı qüvvə olmaqla vətəndaş cəmiyyəti quruculuğu prosesinə daima öz müsbət  töhfəsini verməkdədir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri artıq göz qabağındadır. Respublikamızda formalaşan qanunvericilik bazasının təkmilləşdirilməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurmuşdur. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması dövlətin siyasətində prioritiet məsələdir. Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə 2009-cu ildə keçirilən referendum da Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarının qorunmasına, ölkənin hərtərəfli inkişafına göstərdiyi diqqətin bariz nümunələrindəndir.2009-cu ildə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı təşəbbüsü yüksək dəyərləndirilərək, həmin ilin martın 18-də keçirilən referendumda vətəndaşların böyük əksəriyyəti tərəfindən dəstəklənmişdir. Belə ki, martın 18-də keçirilən səsvermənin yüksək fəallıq şəraitində keçməsi referenduma çıxarılan məsələlərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya təklif olunan əlavələr və dəyişiklikləri dəstəklədiyini nümayiş etdirmişdir.

Seçki ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış "Yeni Azərbaycan" təşviqat qrupu təşviqat kampaniyasının qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri görmüşdür. Təşviqat kampaniyası üçün ayrılan vaxt müddətində "Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycanın bütün bölgələrində - şəhər, rayon, qəsəbə və kəndlərində seçicilərlə çoxsaylı görüşlər keçirmiş, onların maarifləndirilməsi prosesində yaxından iştirak etmişdir. Bu görüşlərdə qarşıya qoyulan əsas məqsəd referenduma çıxarılan məsələlərlə bağlı izahat işi aparmaq, seçiciləri maarifləndirmək olmuşdur. "Yeni Azərbaycan" təşviqat qrupunun keçirdiyi 1500 görüş nəticəsində Azərbaycan vətəndaşlarına - seçicilərə referenduma çıxarılan məsələlərin mahiyyətini və məzmununu çatdırılmışdır.  Görüşlər əsasən açıq debatlar, diskussiyalar, müzakirələr şəraitində keçirilmişdir.  Yeni Azərbaycan Partiyasının formalaşmış seçki təcrübəsi təşviqat kampaniyasını daha səmərəli şəkildə aparmağa, seçki resurslarından düzgün istifadə etməyə imkan vermişdir.

Beləliklə Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan növbəti mühüm bir siyasi kampaniya  beynəlxalq seçki qanunvericiliyinə uyğun şəkildə uğurla başa çatmış və xalq tamamilə azad, şəffaf, demokratik şəraitdə iradəsini ortaya qoymuşdur. Referendumun nəticələri vətəndaşların ölkə iqtidarına dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu həm də Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəkləndiyini deməyə ciddi əsaslar verir.