YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası Milli Məclisdə 64  nəfərlə təmsil olunmaq hüququ qazanmışdır.

 2005-cu ilin ən mühüm siyasi kampaniyası, heç şübhəsiz, 6 noyabrda III çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər olmuşdur.  Yeni Azərbaycan Partiyası əvvəlki parlament seçkilərinə olduğu kimi  bu seçkilərə də hərtərəfli və ciddi hazırlaşmış, qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün seçki kampaniyası ərəfəsində böyük əzmkarlıq və fəallıq nümayiş etdirmişdir. YAP irəli sürdüyü namizədlərin seçicilərin etimadını qazanmaq üçün təbliğat-təşviqat kampaniyasında yeni seçki texnologiyalarından istifadə etmiş, müəyyən etmiş olduğu  strategiya və taktikalarını həyata keçirmək üçün bütün strukturlarını bu işlərə səfərbər etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, regionların sosial-iqtisadi cəhətdən dinamik inkişafı, işsizliyin azaldılması və yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlər Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasının əsas istinad nöqtəsi olmuşdur. Azərbaycanın regionda hər cəhətdən lider ölkəyə çevrilməsi, xarici və daxili siyasətdə əldə edilən uğurlar, respublikanın demokratik inkişafı YAP-ın namizədləri üçün əlverişli təbliğat mühiti formalaşdırmışdır. Minlərlə yerli və xarici müşahidəçinin nəzarətilə keçən azad, demokratik və şəffaf seçkilərdə YAP növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisində 64  millət vəkili ilə təmsil olunmaq hüququnu əldə etmişdir. Ümumiyyətlə, ölkədə seçkilərin demokratikliyini və şəffaflığını təmin etmək üçün hər cür şərait yaradılmışdı. "Exit poll"un keçirilməsi, məntəqələrdə veb-kameraların quraşdırılması bu mühüm kampaniyanın demokratik xarakterinə əlavə töhfə olmuşdur. Seçkilərin demokratikliyini təmin edən digər amillərdən biri də prosesin yerli və xarici müşahidəçilər tərəfindən izlənilməsi olmuşdur. Seçki günündə ölkənin 125 seçki dairəsində səsvermə keçirilmişdir. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilmiş və ilk dəfə olaraq Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdur.