YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 24 441
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalqımızın yüksək rifahı naminə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu, Qıpçaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov bildirib ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşdirilməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanun bələdiyyələrin səmərəliliyinin yüksəldilməsinə, əhaliyə xidmətlərin keyfiyyətinin artırılmasına hədəflənib.

Seçki qərargahının üzvü Rahin Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Vüsal Məmmədli, Rafiq Yusubov bələdiyyələrin bir çox layihələrin həyata keçirilməsinə, əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələrindən danışıblar.

Seçicilər isə seçki günü fəallıq göstərəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.