YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

24 avqust 2002-ci il - Referendum

Zaman keçdikcə bütün sahələrdə islahatlar aparıldığı kimi Konstitusiyanın dəyişdirilməsinə də ehtiyac duyulurdu. Ümummilli Lider Heydər Əliyevin milli qanunvericiliyimizin daha da təkmilləşdirilməsi, ölkəmizin Avroatlantik məkana inteqrasiyasını  daha  da sürətləndirmək məqsədi ilə 2002-ci il iyunun 22-də imzaladığı Fərman məhz bu məqsədi daşımaqla, Konstitusiyada  dəyişikliklər  edilməsi  haqqında  referendum  aktının  layihəsini ümumxalq  səsverməsinə çıxarmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin dərin  fəlsəfi düşüncələrinin məntiqi nəticəsi kimi ilk növbədə  dövlətçiliyimizin, demokratik norma və prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlmişdir.

2002-ci il avqustun 24-də əhalinin böyük əksəriyyəti referendum aktına səs verərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi islahatları dəstəklədiyini bildirmişlər. Konstitusiyanın müəyyən maddələrinə edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin edilmiş, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilmişdir. Bu dəyişikliklərin bir qrupu məhkəmə hakimiyyətinin rolunun artırılması, Baş Prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi. Ölkənin əsas sənədinə edilmiş  dəyişiklik Azərbaycan Respublikasındakı reallığı özündə əks etdirməklə xalqımızın, dövlətçiliyimizin  gələcək  tərəqqisinə xidmət edirdi.Heç də  təsadüfi deyildir ki, parlament  bu məsələ ilə əlaqədar  özünün 2002-ci il 29 iyul tarixli müraciətində Ulu Öndər Heydər Əliyevin  hüquq  siyasəti  sahəsindəki bu  təşəbbüsünü  dəstəklədiyini  birmənalı şəkildə ifadə  etmişdir. Bu, Heydər Əliyev və parlament iş birliyinin ən parlaq  nümunələrindən biri idi.