Seçki xəbərləri
Hədəflər reallaşdırılacaq!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Düz Rəsullu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Prezident, YAP Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir.
Seçki qərargahının üzvləri Tural Topçuyev, Rövşən Qasımov və bələdiyyə üzvlüyünə namizədlər Mirbəşir Mənafov, Abdulla Alıyev, Ələddin Qurbanov, Sarvan Məmmədov, Fərrux Həsənov, Gülçin Burcalıyeva, Gülyanə Bayramova, İsmayıl Bayramov, Şəhla Hüseynova, Qabil İbrahimov və Mətləb Kərimov çıxışlarında Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın yüksəlişində – ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynadığını söyləyiblər.
Qeyd edək ki, Düz Rəsullu bələdiyyəsi üzrə namizədlər məhəllə görüşləri də keçiriblər.