YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Hədəflərimiz reallığa çevriləcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Ağdaş bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin gənc seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərimizin möhtəşəm Zəfərimizdəki rolundan geniş söhbət açıb. Görüşdə həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, eyni zamanda, “Böyük Qayıdış” proqramının icrasından bəhs edilib.

Seçki qərargahının üzvü Anar Şahmuradov Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın tarixində tutduğu tarixi mövqedən bəhs edib, partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.

Görüş zamanı çıxış edən gənc seçicilər Ulya Süleymanova, İsa Pirani və Fərid Muradov bildiriblər ki, onlar Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyirlər.

Gənclər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.