YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN


PARTİYANIN SƏDR MÜAVİNLƏRİ

Mehriban Əliyeva

Bakı şəhərində anadan olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2005-ci, 2010-cu və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə isə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Əli Əhmədov

1953-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 1975-ci ildə Moskva Tarix İnstitutunu bitirmişdir. Fəlsəfə doktoru, professordur. Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışmışdır. 1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, 1999-2000-ci illərdə Xətai rayonunun İcra Hakimiyyətinin başçısı olub. 2000-ci, 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. 2013-cü ildə Baş nazirin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Şöhrət ordeni və Polşa Respublikasının “Xidmətlərə görə” Legioner ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının 1999-cu ildə I qurultayında İcra katibi, 2005-ci ildə III qurultayında və 2013-cü ildə V qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilmişdir.

 

Əli Həsənov

1948-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1964-1969-cu illərdə Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində, 1981-1985-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1969-cu ildə başlamış, müxtəlif vəzifələrdə çalışmışdır. 1990-1995-ci illərdə Respublika Ali Sovetinin deputatı, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1998-ci il 18 noyabr tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilmişdir.

 

Akif Əlizadə

1934-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Sənaye İnstitutunu bitirib. Geologiya-mineralogiya elmləri doktoru, professordur. 1976-cı ildən AMEA Geologiya İnstitutunun direktorudur. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildən həqiqi üzvü seçilib. AMEA prezidenti səlahiyyətlərini icra edənə qədər AMEA-nın vitse-prezidenti olub. Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatıdır. 2004-cü ildə «Şöhrət», 2008-ci ildə isə «Şərəf» ordeninə layiq görülüb.2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmişdir. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilmişdir.