Seçki xəbərləri
Seçim dəyişməzdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu, Tovuz və Qaraxanlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat verərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və bütün sahələri əhatə edən islahatlar, həm də bələdiyyə institutunun işinə öz müsbət təsirini göstərib.
Seçki qərargahının üzvləri İlqar Kərimov və bələdiyyə üzvlüyünə namizəd Elşən İsmayılov YAP-ın yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayaraq seçiciləri bələdiyyə seçkilərində partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər Ramiq Əliyev və başqaları Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, namizədlərin məhəllə görüşləri keçirilib.