Seçki xəbərləri
YAP gücünü xalqın dəstəyindən alır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Xırmandalı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə məlumat verib.
Görüşdə bələdiyyə üzvlüyünə namizəd Məhəmməd Əliyev, Cahangir Kazımov, Sabir Əliyev və Əlihəsən Əliyev Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verərək bələdiyyələrin qarşısında dayanan yeni vəzifələrdən danışıblar.
Seçicilərdən Əflatun Əzizov, Azad İmanov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.