YENİ AZƏRBAYCAN PARTİYASININ IV QURULTAYI
Yeni Azərbaycan Partiyasının IV Qurultayı 2 avqust 2008-ci ildə Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir.
IV Qurultayın işində Azərbaycan Respublikasının bütün inzibati rayonlarını əhatə edən partiya təşkilatlarından seçilmiş 622 nümayəndə iştirak etmişdir.
Qurultay 15 oktyabr 2008-ci ildə keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Heydər oğlu Əliyevin namizəd kimi irəli sürülməsini yekdilliklə qərara almışdır.