YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası Milli Məclisdə 71 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır

2015-ci il ölkəmizdə və Yeni Azərbaycan Partiyasının həyatında mühüm hadisələrlə yadda qalmışdır.

İlin ən önəmli siyasi hadisəsi  noyabrın 1-də keçirilən V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən  seçkilər olmuşdur. Bütün seçkilərdə mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan Yeni Azərbaycan Partiyası seçkilərdə 125 seçki dairəsi üzrə 116 namizəd irəli sürmüşdür. Bu seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında 60 mindən artıq yerli müşahidəçi, uzun və qısamüddətli müşahidə məqsədilə 40 beynəlxalq təşkilat və 57 ölkəni təmsil edən 503 beynəlxalq müşahidəçi  qeydiyyatdan keçmişdir.

Beləliklə, bütün siyasi partiya və seçki blokları üçün yaradılmış demokratik, plüralist və bərabər şərtlərdən yararlanaraq Yeni Azərbaycan Partiyası bütün ölkə ərazisində Milli Məclisin deputatları və respublikanın elmi ictimaiyyətinin nümayəndələri, aparıcı QHT təmsilçiləri ilə birgə fəal təşviqat kampaniyası həyata keçirməyə başlamışdır. Kampaniya çərçivəsində ölkənin bütün regionlarında vətəndaşlarla yüzlərlə görüş keçirilmişdir. Təşviqat kampaniyası zamanı, qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla gedərək, davamlı sosial-iqtisadi inkişafa nail olmuş, respublikamızın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişdir. Bütün ölkə ərazisini və milyonlarla seçicini əhatə edən uğurlu təşviqat kampaniyasından sonra bir daha aydın olmuşdur ki, xalqımız cəmiyyətin avanqard siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının Milli Məclisə irəli sürdüyü namizədləri dəstəkləyəcək və seçki məntəqələrinə gələrək ölkəmizin davamlı inkişafına səs verəcəkdir. Seçki günü ölkə üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin 55,5 faizi seçkilərdə iştirak etmişdir.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 71 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etmişdir. Partiya uğurlu qələbəsi ilə seçkilərdə müəyyən etdiyi strateji məqsədini reallaşdırmış, keçən seçkilərdə əldə edilən göstəricini daha da yüksəltmişdir. Həmçinin 5-ci çağırış Milli Məclisə seçkilər qadın millət vəkillərinin sayının artımı ilə yadda qaldı.

Beləliklə, hakim partiya 5-ci çağırış parlament seçkilərində də üstünlüyünü nümayiş etdirmişdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının qələbəsi gözlənilən idi. İlk növbədə bu, təbii ki, partiyanın sədri olan dövlət başçısının elektoratının seçkilərə münasibəti idi. Xalq bu kursu dəstəklədiyini isə bir daha sübut etmişdir.   

2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar  seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi qələbə qazanmışdır.