YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP ölkəmizin inkişafına böyük töhfələr verir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Bünyadlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Bünyadlı və Gödəklər kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək  ölkəmizdə bələdiyyələrin fəaliyyəti barədə məlumat verib.

Seçki qərargahının üzvü Fədayət Rüstəmov və bələdiyyə üzvlüyünə namizədlər Şükür İmanov, Rəşad Əliyev və Mehman Abışov bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına önəmli töhfələr verdiyini bildiriblər.

Görüşlər zamanı seçicilər Bakir Nəsibov, Fəyyaz Əliyev YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.