1998-ci ildə keçirilmiş prezident seçkilərində 76,1 faiz səslə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1998-ci ildə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən 4-cü rəsmi seçkilər olmuşdur. Seçkilər 11 oktyabr 1998-ci ildə keçirilmişdir. Keçirilən seçkilərdə 3 milyon 358 min 465 nəfər seçici iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının lideri Heydər Əliyev seçicilərin 76,1%-nin (2,556,059 səs) səsini toplayaraq inamlı qələbə qazanmışdır.