YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Ölkəmizin ictimai-siyasi həyatında bir sıra mühüm hadisələrlə əlamətdar olan 2024-cü ilin önəmli siyasi proseslərindən biri də sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilər olmuşdur.

990 namizədin iştirak etdiyi seçkilərdə deputat mandatı uğrunda mübarizə yüksək rəqabət şəraitində aparılmışdır. İlk dəfə ölkəmizin bütün suveren ərazilərində keçirilən parlament seçkilərində seçici fəallığı 37.24 faiz (2 395 510 seçici) olmuşdur.

“Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası 125 dairədə qeydiyyatdan keçmiş namizədləri ilə seçki kampaniyasını müvəffəqiyyətlə aparmışdır.

Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə yenidən etimad göstərmiş, Yeni Azərbaycan Partiyası seçkilərdə növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisində 68 deputatla təmsil olunmaq hüququ əldə etmişdir.

Seçkilərin nəticələri xalqın Ulu Öndər Heydər Əliyevin siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasına sarsılmaz inam və etimadının, birmənalı dəstəyinin növbəti təsdiqi olmuşdur.