YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP seçkiyə yüksək əhval-ruhiyyə ilə qatılır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Ucar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) namizədlərinin seçicilər ilə görüşü keçirilib.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, müstəqil Azərbaycan dövləti özünün məsuliyyətli və şərəfli bir dövrünü yaşayır. Ölkəmiz mühüm siyasi-ideoloji və iqtisadi-mədəni təməllər üzərində inkişaf edərək yeni hədəflərə doğru inamla addımlayır. Ş.Abdullayeva Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək xalqa layiqli xidmət nümunəsi yaratdığını deyib. Onun sözlərinə görə, sarsılmaz təməllərə söykənən xalq-iqtidar birliyi davamlı uğurların əsasıdır.

Təbliğat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Rəna Cəfərova, Nurməmməd Tağıyev, bələdiyyə üzvlüyünə  namizədlər Barat Astanov, Şəhriyar Səlimov, Zülfüqar Məmmədov, Əkbər Məhərrəmov Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və yeni reallıqlardan irəli gələn hədəflərin reallaşdırılmasının ölkəmizi yeni zirvələrə yüksəldəcəyini bildiriblər.

Natiqlər seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Fikrət İsrayılov, Rafiq Hacıyev, Rövşən İsmayılzadə YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.