YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Növbəti qələbə əzmi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu,  Nəsimi rayonu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ölkəmizdə bələdiyyələrin fəaliyyətləri barədə məlumat verib.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvü, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır.

Nəsimi rayonu bələdiyyəsi üzrə namizəd Söhrab Həşimov bələdiyyələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.