YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Qələbəyə gedən yolda həmrəylik var

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Səmədabad və Salahlı bələdiyyələri  üzrə  Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Duzdaq qəsəbəsində, Nərimanabad, Çobankərə və Cırdaxan  kəndləri ərazisində yaşayan seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən namizədlər Qiyas Həsənov, Vəlipur Əbülfəz və Asif Qurbanov qeyd ediblər ki, bələdiyyə seçkilərində fəal iştirak etmək ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət daşıyır. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə və hər zaman olduğu kimi, bir daha həmrəylik nümayiş etdirməyə çağırıblar.

Seçicilər, ölkəmizdəki xalq-iqtidar birliyinin sarsılmaz olduğunu vurğulayaraq, ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin ətrafında sıx birləşdiklərini və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.