YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalq qələbələr partiyasına səs verəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində  Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Təşkilatın sədr müavini və təşviqat qrupunun üzvü Anar Abbasov, bələdiyyə üzvlüyünə namizədlər Təmraz Tağıyev, Nizami Babaşov, İradə Qarayeva, Akif Vəliyev, Vüsal Cəfərli, Əliyar Həsənli, Ülkər Piriyeva və təşviqat qrupunun digər üzvləri, bu sahədə indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə göstərilən yüksək diqqət və qayğıdan, həmçinin gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıblar. Namizədlər, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək, bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər, YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində qələbələr  partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Nərimanov rayonu, A. Gəraybəyli küçəsi 11/15 və Kaveroçkin küçəsi 34 ünvanlarında yaşayan seçicilərlə məhəllə görüşləri keçirilib. Eyni zamanda, Nərimanov rayonu,  M. k. Atatürk prospekti, İ. Dadaşov və R. Muxtarov küçələrindəki ünvanlarda yaşayan seçicilərə yerlərdə seçici aktivliyinin artırılması, seçicilərlə birbaşa ünsiyyətin qurulması məqsədilə “qapı-qapı” seçki texnologiyasından geniş istifadə edərək təbliğat-təşviqat xarakterli materiallar, bukletlər paylanılıb.