YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Kompleks islahatlar tərəqqiyə təkan verir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu Buzovna bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşü keçirilib.

Görüşdə təşviqat qrupunun üzvləri Soltan Əliyev və Tarıyer Ələkbərov Xəzər rayonu sakinlərinin əvvəlki seçkilərdə olduğu kimi bu siyasi kampaniyanın da mütəşəkkilliklə keçirilməsinə nail olacaqlarına əmin olduğunu bildirib.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər İsrafil Hüseynov, Əfrasiyab Əmirov, Təbriz Ağayev bələdiyyə seçkilərində böyük fəallıq nümayiş etdirəcəklərini qeyd ediblər.

Görüşlər zamanı seçicilər YAP fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.