YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP ölkəmizin aparıcı siyasi qüvvəsidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri  keçirilib.

Görüşlərdə YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvü Elman Rəcəbov,  Siyov bələdiyyəsi üzrə namizədlər Tərlan Qəribov, Şəhriyar Məcidov, Əliabad bələdiyyəsi üzrə namizəd Səməd Şabanov və digərləri bilidiriblər ki, aparılan dərinməzmunlu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsi ilə nəticələnib.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın unitar dövlət kimi formalaşmasında müstəsna xidmətləri olan, qalib xalqın, qalib Lideri Prezidentin strateji siyasi xəttinin reallaşmasında xüsusi rol oynayan və artıq ümumxalq statusu qazanmış böyük partiyadır.

Çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.