Seçki xəbərləri
Növbəti tarixi hadisə...
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/13140d0674ea98f67ce413228a7526ba.jpeg&w=360)
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov bələdiyyə seçkilərinin əhəmiyyətindən, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib. O, ölkəmizdə bələdiyyə institutlarının yeni çağırışlara uyğun formalaşdırılması prosesindən danışıb.
Bələdiyyə üzvlüyünə namizədlər Əli Əliyev və Zakir Baxşıyev qarşıda duran vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi və yeni nailiyyətlər qazanılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Əjdər Niftiyev, Vidadi Babayev və başqaları çıxış edərək YAP-ın fəaliyyətini dəstəklədiklərini bildiriblər.