YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnam sonsuzdur!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Yolüstü və Sarvan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev bildirib ki, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi və hüquqi bazasının təkmilləşdirilməsi onların daha təsirli idarəetmə mexanizmləri qurmasına şərait yaradır. Natiqlər seçiciləri seçki günü fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Təşviqat qrupunun üzvləri Faiq Zərbalıyev, Zahid Fərəcov, şəhid atası Cahangir Qaraşov, bələdiyyə üzvlüyünə namizədlər Xidmət Orucov, Vidadi Cəfərov, Rövşən Məmmədov çıxış edərək yüksək həyat standartlarının təmin edilməsi üçün bələdiyyələrin mövcud resurslardan daha səmərəli istifadəsinin vacibliyini bildiriblər.

Görüşlərdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.