Seçki xəbərləri
Yeni hədəflərə çatmaq üçün...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu, Qaralar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bələdiyyə institutunun təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan söz açıb. Rayon təşkilatının sədri bələdiyyə seçkilərinin tam şəffaf və demokratik prinsiplərə əsaslanaraq keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirib. O, həmçinin vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident, YAP Sədri İlham Əliyevin əzmkar fəaliyyəti Azərbaycanın misilsiz inkişaf yolu keçməsini təmin etməklə bərabər, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu da möhkəmləndirib.
Seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Ağadadaş Həsənov, bələdiyyə üzvlüyünə namizədlər Niyaməddin Məmmədov, Rəsmiyyə Fərzəliyeva və Həsən Əliyev YAP-ın seçki proqramında əksini tapan hədəflərin önəmini diqqətə çatdırmaqla yanaşı, seçiciləri bələdiyyə seçkilərində partiyanın namizədlərinə dəstək verməyə çağırıblar.
Seçici Peyman Soltanov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.