Seçki xəbərləri
Xalqın seçimi reallıqlara əsaslanır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Aşağı Bucaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərilə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev ölkəmizdə bələdiyyə institutlarının yeni çağırışlara uyğun formalaşdırılması prosesindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat verib.
Seçki qərargahının üzvləri Ariz Mikayılov, Bayram Yusifov və bələdiyyə üzvlüyünə namizədlər Vəlipur Əbülfəz, Asif Qurbanov, Tahir Süleymanov, Sahil Abdullayev, Samir Quliyev və Aygün Sadıqova bildiriblər ki, Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə xalqın iradəsi ilə qalib gəlib. Namizədlər qeyd ediblər ki, bələdiyyə seçkilərində qalib olduqları təqdirdə fəaliyyətlərini məhz yeni dövrün tələblərinə uyğun olaraq vətəndaşların maraqları naminə quracaqlar.
Seçicilər yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün Salahlı və Səmədabad bələdiyyələri üzrə YAP-ın namizədləri seçicilərlə məhəlli görüşlər də keçiriblər.