YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Müdrik xalqımız öz xoşbəxt gələcəyinə səs verəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Nərimanov təşkilatının sədr müavini bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi böyük islahatlar kursu bütün sferalar üzrə ölkəmizin hərtərəfli inkişafını təmin edib: “Bu gün xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Qazanılan uğurlar dövlətin məqsədyönlü siyasətinin nəticəsidir”.

Təşviqat qrupunun üzvü Anar Abbasov, bələdiyyə üzvlüyünə namizədlər Nizami Babaşov, İradə Qarayeva, Akif Vəliyev, Vüsal Cəfərli və Əliyar Həsənli öz çıxışlarında bələdiyyələrin yerli inkişafın təşviqi üçün innovativ təşəbbüslərə dəstək verdiyini bildiriblər. Vurğulanıb ki, yerli özünüidarəetmə orqanları vətəndaşların hüquq və maraqlarının müdafiəsi üçün demokratik idarəçilik mexanizmlərini gücləndirir.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün müxtəlif ünvanlarda yaşayan seçicilərə yerlərdə seçici aktivliyinin artırılması, seçicilərlə birbaşa ünsiyyətin qurulması məqsədilə “qapı-qapı” seçki texnologiyasından istifadə edərək təşviqat xarakterli materiallar paylanıb.