YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP gücünü xalqın dəstəyindən alır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Naxçıvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli seçicilərə YAP-ın seçki proqramı və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçicilər Azərbaycan dövlətinin təməl prinsiplərini dəstəkləmiş olurlar.

Vurğulanıb ki, bu gün sıralarında 740 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır.