YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Birlikdə növbəti uğurlara doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu, Atbulaq-Navahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. Təşkilat sədri Hacıqabul seçicilərinin dövlətçiliyə sədaqətini və YAP-ın namizədlərinə dəstəyini ifadə edib.

Təşviqat qrupunun üzvləri Sərvin Ağayev və Zaur Qasımov Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyə ləyaqətlə xidmət etdiyini, partiyanın fəaliyyətinin Azərbaycanın milli maraqlarının qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Səidə Əsgərova, Hüseyn İsmayılov və digərləri çıxışlarında həyata keçirilən islahatların bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılığı artırdığını bildiriblər. Həmçinin, namizədlər seçiləcəkləri təqdirdə bu istiqamətdə aktiv fəaliyyət göstərəcəklərini səsləndiriblər.

Seçicilər bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri məhəlli və fərdi görüşlər də keçiriblər.