YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnkişaf yolunda əmin addımlarla…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu,  Milax,  Yaycı və Ərəzin bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Bələdiyyə üzvlüyünə namizədlər Həqiqət Məmmədova, Arzu Nəcəfzadə, Zəhra Zeynalova bildiriblər ki, Prezident, YAP Sədri İlham Əliyevin liderliyi ilə ölkəmiz möhtəşəm uğurlara imza ataraq öz qüdrətini daha da artırıb. Bütün sahələri əhatə edən kompleks tədbirlərin sosial-iqtisadi inkişafı sürətləndirdiyi, əhalinin rifahının daha da yaxşılaşmasını təmin etdiyi qeyd olunub.

Seçicilər Səkinə Məmmədova, Nərmin Hüseynli, Məryəm Hüseynova və digərləri qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının inkişaf yolunda əmin addımlarla irəlilədiyini deyib, YAP namizədlərinə səs verəcəklərini vurğulayıblar.