Seçki xəbərləri
Demokratik dəyərlərə sadiqlik...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Məhəlli görüşdə təşviqat qrupunun üzvü Xaləddin Yarıyev və Türkan bələdiyyəsi üzrə namizəd Tehran Rəhmanov bildiriblər ki, demokratik inkişafın davam etdirilməsində bələdiyyə seçkiləri mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün Şüvəlan bələdiyyəsi üzrə YAP-ın namizədləri Telman Süleymanov və Rəqsanə Əliyeva şəhid Kamran Hacıyevin ailəsini ziyarət ediblər.