Seçki xəbərləri
YAP mühüm nailiyyətlərə imza atır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu, Bağırlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Azərbaycanın yeni bir dövrə qədəm qoyduğunu və bu dönəmdə də Yeni Azərbaycan Partiyasının mühüm nailiyyətlərə imza atacağını deyib. Onun sözlərinə görə, daim siyasi proseslərin önündə gedən YAP bələdiyyə seçkilərinə də uğurla hazırlaşır.
Seçki qərargahının üzvləri Ağarza Bayramov, Şasəddin Mikayılov və təşviqat qrupunun üzvü Fuad Səmiyev bildiriblər ki, tarixi zəfərlər hər birimizi daha uğurlu gələcək naminə yeni hədəflərin reallığa çevrilməsinə dəstək olmağa çağırır.
Şəhid valideynləri İmran Şirəliyev və Faiq Ələkbərov, seçici Azər Quliyev YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.