YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnam sonsuzdur!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Talabıqışlaq, Vəlvələ, Qonaqkənd, Vladimirovka bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə bələdiyyə üzvlüyünə namizədlər Tahirmirzə Məmmədov, İsmayıl Fərzəliyev, Mahir Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, bələdiyyələrin ölkəmizdə formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranıb. Natiqlər seçiciləri fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Söhüb və Alpan bələdiyyələri üzrə namizədlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid İlham Gülməmmədov, şəhid Hidayət Seyfəlov və şəhid Şükür Rəsulovun ailələrini ziyarət ediblər.