YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Suraxanı seçiciləri YAP-ın inamlı qələbə qazanacağından əmindirlər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirib ki, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. Yerli özünüidarəetmə institutunun önəmini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev seçkilərin şəffaf, mütəşəkkil keçirilməsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.

Hər bir vətəndaşın Azərbaycanda dövlət quruculuğu prosesində, o cümlədən seçkilərdə fəal iştirak etməsini arzulayan dahi şəxsiyyət deyirdi: “Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər”.

Bələdiyyə üzvlüyünə namizədlər Kənan Qasımlı, İxdiyar Nəcəfov, Arif Şahmuradov, Uğur Əliyev, Vurğun Əliyev, Lamiə İbrahimova, Jalə Qibləliyeva, Mirvari Quliyeva, İlham Mirzəyev, Aytən Novruzova, Aytən Paşayeva, Rəşad Rzayev və başqaları vurğulayıblar ki, son vaxtlar da bələdiyyələrin fəaliyyətini gücləndirmək və səlahiyyətlərini genişləndirmək istiqamətində bir sıra vacib qərarlar qəbul olunub. Bu qərarlar həm bələdiyyələrin iqtisadi resurslarının artırılmasını, həm də onların yerli idarəçilikdə daha fəal rol oynamasını təmin etməyə yönəlib. Onlar, həmçinin Yeni Azərbaycan Partiyasının seçki proqramından söz açıblar. Bildiriblər ki, YAP indiyədək iştirak etdiyi bütün seçkilərdə inamlı qələbələr qazanıb.

Qeyd edək ki, həmin gün bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bülbülə və Hövsan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin Rəşad Nəsimanovun, Məzahir Əhmədlinin seçicilərlə səyyar görüşləri də keçirilib.