Seçki xəbərləri
Demokratik inkişafın təcəssümü
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Qaraqurtlu, Nabran və Nərəcan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının məsəhətçisi Fazil Rəhmətov ölkəmizdə bələdiyyələrin uğurlu fəaliyyəti barədə məlumat verib.
Bələdiyyə üzvlüyünə namizədlər Sadiq Ələskərov, İsmayıl Yaqubov, İslam İsayev, Gülaməddin Quliyev, Ziya Həmidov, Anar Paşayev, Elza Hacıyeva bələdiyyələrin mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına önəmli töhfələr verdiyini qeyd ediblər. Vurğulanıb ki, bələdiyyələr, həmçinin yerli səviyyədə sosial-iqtisadi inkişafı stimullaşdıraraq regional balansın qorunmasına və vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına mühüm təsir göstərirlər.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün YAP-ın namizədləri seçicilərlə məhəlli görüşlər də keçiriblər.