Seçki xəbərləri
“Hər bir hədəfə zamanında nail oluruq”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu, Aşağı Öysüzlü və Aşağı Quşçu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, ardıcıl müvəffəqiyyətlər qazanan müasir Azərbaycanın inkişafı davamlı, dinamik və hərtərəfli xarakter alıb: “Mövcud reallıqlar əminlik yaradır ki, Azərbaycan dövləti Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni möhtəşəm uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq”.
Seçki qərargahının üzvü İlqar Kərimov, bələdiyyə üzvlüyünə namizədlər Hikmət Zeynalov və Aygün Tağıyeva ölkəmizdə bütün sahələr üzrə inkişafın təmin edildiyini, Azərbaycanın dünyada söz və nüfuz sahibinə çevrildiyini diqqətə çatdırıblar. “Azərbaycan uğurlu siyasəti ilə hər bir hədəfə zamanında nail olur”, - deyə vurğulanıb. YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verən natiqləri seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.