Seçki xəbərləri
Partiyamızın şərəfli tarixinə daha bir uğur səhifəsi yazılacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Nərimankənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Samir Ağayev indiyədək tarixi uğurlara imza atan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində mühüm qələbə qazanacağına inamını bildirib. O, partiyamızın şərəfli tarixinə daha bir uğur səhifəsinin yazılacağını əminliklə söyləyib.
Bələdiyyə üzvlüyünə namizəd Baxşəli Mehdiyev YAP-ın seçki proqramı haqqında məlumat verib, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.
Seçicilər Qulaməli Bayramov və Rauf Mənsimov seçkilərdə fəallıq göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.