YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalq-iqtidar birliyi sabitliyin qarantıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu, Kortala bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Prezident, YAP Sədri İlham Əliyev tərəfindən verilən bütün vədlərin yerinə yetirildiyini, torpaqlarımızın işğaldan azad olunduğunu, dövlət suverenliyinin tam bərpa edildiyini vurğulayıb. Uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada söz və nüfuz sahibi, qalib və qüdrətli ölkə kimi tanındığı qeyd olunub.

Təşviqat qrupunun üzvləri Şamsu Bayramova, Ramil Bodurov ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəlmiş layihələrdən bəhs edib, seçiciləri yeni uğurlar və qələbələr naminə YAP-ı dəstəkləməyə çağırıblar.