YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Səbail seçicilərinin seçimi bəllidir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.  

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bələdiyyə seçkilərinin önəmindən, yerli özünüidarəetmə sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran məqsədlərdən bəhs edib.

Bələdiyyə üzvlüyünə namizədlər Təzəxan Məmmədov, Nurel Kərimov, Səmədağa Aslanov, Xədicə Həsənova və Manaf Talıbov bələdiyyələrin sosial məsuliyyətindən, yerli özünüidarəetmədə vətəndaşların rolundan bəhs ediblər. Qeyd olunub ki, YAP-ın namizədlərinə etimad göstəriləcəyi təqdirdə bu istiqamətlərdə məqsədyönlü işlər görüləcək, sistemli tədbirlər həyata keçiriləcək.

Seçicilər Yeni Azərbaycan Partiyasının yüksək nüfuzundan bəhs edərək partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.