Seçki xəbərləri
Sabunçu seçiciləri qələbələr partiyasına dəstək verəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi sistemində özünəməxsus və aparıcı rolu olduğunu qeyd edib. Onun sözlərinə görə, YAP-a böyük inam və etimad bəsləyən Azərbaycan xalqı bu dəfə də seçkilərdə fəal iştirak edərək qələbələr partiyasına dəstək verəcək.
Bələdiyyə üzvlüyünə namizədlər Aynur Əlmədətova, Vüsal Əzizzadə, Elnur Həsənbəyli, İnsaf Qəmbərov çıxış edərək YAP-ın seçki proqramında əksini tapan bir sıra məsələlərə diqqəti yönəldiblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Fərəh Kərimova, İradə İsmayılova və başqaları Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Bakıxanov bələdiyyəsi üzrə namizədlər Günay Abdullayeva, Vüsal Əzizadə, Maştağa bələdiyyəsi üzrə namizədlər Mikayıl Məmmədov, Ülkər Nəsibova, Nardaran bələdiyyəsi üzrə namizəd Pərvanə Nəsirova, Ramana bələdiyyəsi üzrə namizədlər Çingiz Məmmədov, Günel Məlikova, Rəcəb Məmmədov, Sabunçu bələdiyyəsi üzrə namizəd Çingiz Vəlizadə, Zabrat bələdiyyəsi üzrə namizəd Zümrüd Yolçuyeva seçicilərlə fərdi və məhəlli görüşlər də keçiriblər.