Seçki xəbərləri
Şəmkirdə ilk dəfə səs verəcək gənclərlə görüş olub
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Şəmkir, Çaparlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, bələdiyyə seçkilərində gənclərin fəal olması olduqca vacibdir. Ölkə rəhbərliyinin hər zaman gənc nəslin inkişafına, təhsilin yüksəlişinə diqqət və qayğısını xüsusi vurğulayan natiq gənclərin də dövlətimizin inkişafında iştirakının mütləq olduğunu qeyd edib.
Görüşdə təşviqat qrupunun üzvləri Qoşqar Əliyev, Zamir Güvəndiyev və bələdiyyə üzvlüyünə namizədlər seçkinin vacib məsələ olduğunu vurğulayıb, yanvarın 29-da bütün gəncləri seçkidə iştirak etməyə və layiqli namizədlərə səs verməyə dəvət ediblər.
Seçicilər də öz növbələrində bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.