Seçki xəbərləri
YAP Azərbaycanın qüdrətinin yüksəlməsinə xidmət edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu, Alxanlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva YAP-ın seçki proqramı barədə məlumat verib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib. Müasir müstəqil Azərbaycanın inkişafının YAP-ın adı ilə bağlı olduğu bildirilib.
Tədbirdə çıxış edən seçki qərargahının üzvü Azadə Quliyeva və bələdiyyə üzvlüyünə namizədlər Səmra Əliyeva, Naib Əliyev, Rahib Hümbətov, İntizar Məmmədova bildiriblər ki, seçicilərin mütləq əksəriyyəti hər zaman Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyib. Çıxışlarda xalqımızın YAP-ın namizədlərinə böyük etimad və ümid bəslədiyi xüsusi vurğulanıb.
Şəhid Yusif Əhmədovun atası Əsgər Əhmədov, seçicilər Elnur Quluyev, Əvəz Şəmiyev bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir: “Seçimimiz YAP namizədləridir”.
Qeyd edək ki, YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.