YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“Yeni qələbələrə müvəffəq olmaq gücündəyik!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, İmişli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması qarşıda duran ən vacib vəzifələrdəndir. Təşkilat sədri qeyd edib ki, bu məqsədlə, bələdiyyə üzvü seçiciləcəkləri təqdirdə YAP üzvləri xalqın iradəsinə əsaslanaraq, sosial və iqtisadi problemlərin həllinə yönəlmiş fəaliyyət göstərəcəklər.

Milli Məclisin deputatı Səyyad Salahlı Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın ictimai-siyasi həyatındakı əvəzolunmaz rolundan, keçdiyi şərəfli tarixi yoldan, partiyanın Sədri, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə gördüyü işlərdən geniş bəhs edib.

Bələdiyyə üzvlüyünə namizədlər əldə olunan uğurlarla yanaşı, yerli özünüidarəetmənin təkmilləşdirilməsi naminə qarşıda mühüm vəzifələrin dayandığını da qeyd ediblər. Bildiriblər ki, YAP-ın seçki proqramında bu məsələlərlə əlaqədar əsas hədəflər öz əksini tapıb. Onlar, həmçinin seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və namizədlər seçicilərlə məhəllə görüşləri də keçiriblər.