YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Salyan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi əsas hədəflərdəndir. Yeni Azərbaycan Partiyasının hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edən E.Əhmədov xalqımızın dəstəyi ilə partiyanın növbəti inamlı qələbəyə imza atacağını vurğulayıb.

Təbliğat qrupunun üzvləri Allahverdi Piriyev, Rüstəm Məlikov, Lətif Zərbəliyev, Nübar Bayramova, bələdiyyə üzvlüyünə namizədlər Səidə Əliyeva və Anar Hacıyev partiyanın seçki proqramı barədə ətraflı məlumat veriblər: “Ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir”.

Görüşdə çıxış edən seçicilər bələdiyyə seçkilərində misilsiz xidmətlər göstərən Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.