Seçki xəbərləri
Yeni qələbələrlə irəli!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Qarxun bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Seçki qərargahının üzvü Bünyad Süleymanlı, təşviqat qrupunun üzvləri Nüsrət Həsənov, Musa Şirəliyev, Tahir Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Vüsal Xudaverdiyev, Rəsul Abbasov və İbrahim Hüseynəlili Yeni Azərbaycan Partiyasının fəaliyyətinin milli maraqlara əsaslandığını deyib. O, YAP-ın ölkəmizdə keçirilən bütün seçkilərdə möhtəşəm uğurlara imza atdığını və xalqın dəstəyi ilə növbəti inamlı qələbə qazanmaq əzmində olduğunu xüsusi qeyd edib.
Seçicilər bu zamana qədər xalqın etimadını layiqincə doğruldan və ölkəmizə mühüm nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərini deyiblər.